“Azəriqaz” yerli istehsallı sayğaclar quraşdıracaq

 12:45 29.04.2022     2161

“Azəriqaz” İstehsalat Birliyi ilə “Gəncə Cihazqayırma Zavodu” ASC arasında imzalanan memoranduma əsasən, yaxın günlərdə Azərbaycanda yerli istehsallı mexaniki qaz sayğaclarının (sonradan ödənişli – red.) quraşdırılmasına başlanılacaq.

Redaktor.az xəbər verir ki, bunu "Azəriqaz" İB-nin Sayğacların tətbiqi, idarə olunması və nəzarəti şöbəsinin rəisi Rövşən Məhyəddinov "Açıq qapı" aksiyası çərçivəsində jurnalistlərə bildirib.

“Məişət tipli qaz sayğaclarının yerli istehsalı ilə bağlı müvafiq tədbirlər görülür. İdxaldan asılılığı azaltma, xarici valyutanın ölkədən axınının qaşısını almaq və yerli sahibkarlara stimul vermək, eyni zamanda inkişaf etdirmək üçün bu tədbirlər görülür”, - Rövşən Məhyəddinov qeyd edib.