“Azəriqaz”dan Sumqayıtdakı yanğınla bağlı AÇIQLAMA

 13:14 29.04.2022     399

“Ötən gün “Azərsun Sənaye Parkı”nda baş verən yanğında kommunal xidmətlərə dəymiş zərərlə bağlı araşdırma aparılacaq”.

Redaktor.az xəbər verir ki, bunu “Azəriqaz”ın Yeni qazlaşma və inkişaf şöbəsinin rəisi Teymur Cəfərov “Açıq qapı” aksiyası çərçivəsində jurnalistlərə bildirib.

O bildirib ki, məsələ bu istiqamətdə aparılacaq tədqiqat işlərinin nəticələrinə görə müəyyən ediləcək.

Şöbə rəisinin sözlərinə görə, “Azərsun Sənaye Parkı”nda yanğınsöndürmə əməliyyatı demək olar ki, tamamlanıb:

“Yanğın yeni söndürülüb, hələlik bu barədə məlumat vermək tezdir. Tədqiqat işləri aparılacaq və kommunal xidmətlərə dəymiş ziyan bu tədqiqatın nəticəsində bəlli olacaq”.