“Azadlıq Radiosu”nun əməkdaşı Kiyevdə həlak oldu

 13:56 29.04.2022     154

“Azadlıq Radiosu”nun Ukrayna bürosunun əməkdaşı Vira Giriç Kiyevə raket hücumu nəticəsində həlak olub.

Redaktor.az xəbər verir ki, bu barədə onun həmkarı Oleksandr Demçenko feysbukda yazıb.

Onun sözlərinə görə, V.Giriç raket hücumuna məruz qalan yaşayış binasında olub. Qadının nəşi bu gün səhər dağıntılar altından çıxarılıb.

Xatırladaq ki, ötən gecə Kiyevə azı iki zərbə endirilib. Raketlərdən birinin Şevçenkovski rayonundakı 25 mərtəbəli yaşayış binasına düşdüyünü bildirib. Nəticədə 10 nəfər xəsarət alıb. Bu gün Kiyev meri bildirib ki, ölənlərdən birinin meyiti dağıntılar altından çıxarılıb.

Ukrayna daxili işlər nazirinin müşaviri Anton Geraşenkonun sözlərinə görə, Rusiya hərbçiləri eyni anda bir hədəfə üç raket atıblar ki, onları zərərsizləşdirmək çətin olsun: “Kiyevə atılan raketlərdən birini hava hücumundan müdafiə sistemlərimiz zərərsizləşdirə bilib”.

Eyni zamanda Rusiya Müdafiə Nazirliyi isə hərbi obyektlərə zərbə endirdiyini iddia edib (report).