"Borjomi"nin istehsalı dayandırıldı

 14:45 29.04.2022     389

"Borjomi" şirkəti Ukraynadakı vəziyyətin yaratdığı maliyyə problemlərinə görə Gürcüstandakı hər iki fabrikdə istehsalı müvəqqəti dayandırıb.

Redaktor.az xəbər verir ki, bu barədə istehsalçı şirkət bəyanat yayıb:

"Ukraynada hərbi əməliyyatlar başlayandan bəri "IDS Borjomi Georgia" çətin vəziyyətdə idi. Şirkətin məhsullarının əsas bazarlarında çətin vəziyyət bank hesablarına çıxışın məhdudlaşdırılması ilə daha da ağırlaşdı və bu, şirkətin valyuta gəlirləri əldə etmək imkanlarını bağladı. Şirkət vəziyyəti əhəmiyyətli dərəcədə yaxşılaşdırmaq ümidi ilə bu günə qədər fəaliyyətini davam etdirdi, təəssüf ki, indiyə qədər uğursuz oldu. Yuxarıda göstərilənlərlə əlaqədar olaraq, şirkət aprelin 29-dan etibarən hər iki Borjomi qablaşdırma zavodunda istehsal prosesini müvəqqəti dayandırmağa məcburdur".