Mehriban Əliyeva Sumqayıtda yanğını söndürənlərə təşəkkür etdi

 16:07 29.04.2022     167

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Sumqayıtda “Azərsun Sənaye Parkı”ndakı yanğının söndürülməsində iştirak edən dövlət qurumlarının əməkdaşlarına minnətdarlıq edib.

Redaktor.az xəbər verir ki, Birinci vitse-prezident Mehriban Əliyevanın rəsmi instaqram səhifəsindəki paylaşımında deyilir:

“Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində yerləşən “Azərsun Sənaye Parkı”nın ərazisində baş vermiş yanğının söndürülməsi və nəticələrinin aradan qaldırılmasında iştirak etmiş dövlət qurumları əməkdaşlarının peşəkarlığı ilə fəxr edir və onlara dərin minnətdarlığımı bildirirəm”.