Şəhid xanımından Prezidentə təşəkkür - VİDEO

 18:48 29.04.2022     998

Prezident İlham Əliyevin sərəncamı ilə 7 mart tarixində “Tərəqqi” medalına layiq görülən xanımlara mükafatları təqdim edilib.  

Sərəncama əsasən Azərbaycanın ictimai-mədəni həyatında səmərəli fəaliyyətlərinə görə bir qrup qadın “Tərəqqi” medalı ilə təltif edilmişdi ki, onlardan biri Nəriman Nərimanov adına 45 nömrəli məktəbin direktoru Axundova Nəcibə Novruz qızıdır.

O, şəhid polkovnik-leytenant Sənan Axundovun həyat yoldaşıdır.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevayanın xatirəsinə həsr olunan tədbirdə “Tərəqqi” medalı Nəcibə Axundovaya təqdim edilib.

Şəhid xanımı təltiflə bağlı təəssüratlarını bölüşüb. Modern.az həmin videonu təqdim edir: