Bu ərazilərdə dolu YAĞDI

 20:32 29.04.2022     537

Aprelin 29-u saat 18:00-a olan məlumata əsasən, Naxçıvan, Yardımlı, Lerikdə şimşək çaxıb, Şahbuz, Daşkəsən, Göy-göl, Gədəbəy, Şəmkir, Əyriçay-Başdaşağılda (Oğuz), Qrızda leysan xarakterli yağış yağıb.

Milli Hidrometeorologiya Xidmətindən Redaktor.az-a bildirilib ki, saat 13:25 radələrində Gədəbəy rayonu ərazisinə yağışla birlikdə xırda dənəli dolu düşüb.

Analoji hal rayonun Maarif və Daşbulaq kəndlərində də qeydə alınıb.