Bu avtobuslarda pulsuz internet olacaq

 22:05 29.04.2022     448

“BakuBus” MMC-nin istismarında olan 5 və 7A nömrəli marşrut xətləri üzrə hərəkət edən avtobuslar pulsuz WiFi xidmətinə qoşulub.

Redaktor.az xəbər verir ki, testlər uğurla başa çatıb və sərnişinlər aprelin 30-dan xidmətdən yararlana biləcəklər.

“BakuBus” MMC-nin istismarında olan digər marşrut xətləri üzrə hərəkət edən avtobusların da pulsuz WiFi xidmətinə qoşulması nəzərdə tutulur.