İlin ilk Günəş tutulması başladı

 23:27 30.04.2022     1949

Bu gün ilin ilk Günəş tutulması başlayıb.

Redaktor.az xəbər verir ki,Milli Elmlər Akademiyasının Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının məlumatına görə, bu tutulma qismən Günəş tutulmasıdır.

Tutulma hadisəsi mayın 1-də saat 02:37-də sona çatacaq. Tutulmanın maksimumu saat 00:41-də olacaq. Tutulma hadisəsi 3 saat 52 dəqiqə davam edəcək.

İlin ilk qismən Günəş tutulması Cənubi Amerikanın cənubunda, Antarktidanın bir hissəsində, Sakit və Atlantik okeanlarında müşahidə ediləcək, Azərbaycan ərazisində isə müşahidə olunmayacaq.

Xatırladaq ki, bu il iki Günəş, iki Ay tutulması olmaqla, ümumilikdə dörd tutulma hadisəsi baş verəcək.