Qubada “cəhənnəm körpüsü” - VİDEO

 23:30 01.05.2022     1188

"Çayın üzərində körpü var, amma necə deyərlər, olmasa ondan yaxşıdır. Çünki bu körpüdən istifadə edənlər göz görə-görə həyatlarını təhlükəyə atırlar. Söhbət Qubanın Təngəaltı kəndini 2 yerə bölən çayın üzərindəki körpüdən gedir. Kəndin yaşlısı var, uşağı var, xəstəsi var. Kadrlarda da görəcəksiz, belə bir vəziyyətdə olan körpüdən necə istifadə edəsən?" 

Redaktor.az xəbər verir ki, Rayon İcra Hakimiyyətinin ərazi üzrə kənd icra nüməyəndəsi "Xəzər Xəbər"ə açıqlamasında qəzalı körpülərin bərpa olunacağını bildiriB.

Qeyd edək ki, Təngəaltı rayonun turizm sarıdan əlverişli kəndlərindən biridir. Hər il bura minlərlə yerli və xarici turistlər gəlir.