Azərbaycanda Ramazan bayramıdır

 00:11 02.05.2022     1077

Bu gün və sabah Azərbaycanda Ramazan bayramı qeyd olunur.

Redaktor.az xəbər verir ki, Azərbaycanda Ramazan ayı aprelin 2-də başlayıb.

Əjdərbəy məscidi və ya Göy məscid kimi şəhərin əsas məscidlərində bayram namazı mayın 2-si saat 09:00-da, Təzə Pir məscidində isə saat 10:00-da qılınacaq. Koronavirus pandemiyası ilə əlaqədar bayram namazlarının ənənəvi qaydada qılınması məhdudlaşdırılmışdı. Bu il isə Ramazan bayramı namazı ənənəvi qaydada qılınacaq.

Ramazan bayramı ilə əlaqədar 2-3 may tarixləri Azərbaycanda qeyri-iş günüdür.