Mehriban Əliyeva xalqımızı TƏBRİK ETDİ

 09:09 02.05.2022     795

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Ramazan bayramı münasibətilə Azərbaycan xalqını və dünya müsəlmanlarını təbrik edib.

Redaktor.az-ın məlumatına görə, təbrikdə deyilir:

“Azərbaycan xalqını və dünya müsəlmanlarını Ramazan bayramı münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Bu mübarək bayram günlərində edilən bütün duaların, diləklərin və saf niyyətlərin qəbul olunmasını arzulayıram. Uca Tanrı hər kəsə möhkəm cansağlığı və səadət, Vətənimizə sülh və əmin-amanlıq bəxş etsin!”.

2