Bakıda təzad: İstiqlal və ona xəyanət edənlər üz-üzə - VİDEO

 19:06 02.05.2022     557

Keçmiş Kommunist Partiyası xadimlərinin yaşadığı bina və onunla üzbəüz yerləşən İstiqlal abidəsi. Bir tərəfdə İstiqlal abidəsi, digər tərəfdə isə istiqlalı süquta uğradanların lövhəsinin olması cəmiyyətdə birmənalı qarşılanmır.

Redaktor.az xəbər verir ki, tarixçi Elnur Kəlbi mövzuya münasibət bildirib. O, məsələyə iki fərqli yanaşmanın mümkünlüyünü qeyd edib. 

“Əgər bu gün bolşevizm ideyaları, Əliheydər Qarayevin təbliğ etdiyi ideologiya yoxdursa, lövhələr tamamilə sökülməlidir”, - deyən Elnur Kəlbi tarixi yaddaş üçün onların bəzi yerlərdə qalmasının önəmli ola biləcəyini də vurğulayıb.

“Xüsusilə İstiqlal abidəsinin qarşısında belə bir barelyefin olması maraqlı bir mesaj verir. Müstəqilliyimizə düşmən kəsilən hər kəs bir gün Azərbaycanın istiqlalı ilə üz-üzə qalacaq”, - deyə o əlavə edib. 

Tarixçi Solmaz Tohidinin sözlərinə görə isə lövhələrin orada olmasının qıcıq yaratmasına səbəb barelyefin abidə ilə üzbəüz yerləşməsindən çox, İstiqlal bəyannaməsini qaldıran insanların yaşadıqları mənzillərdə bu lövhələrin olmamasıdır (oxu.az).