Ermənistanın müdafiə naziri Gürcüstanda səfərdədir

 11:52 04.05.2022     660

Ermənistanın müdafiə naziri Suren Papikyan Gürcüstana rəsmi səfərə yollanıb.

Redaktor.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə məlumatı Ermənistanın Müdafiə Nazirliyi yayıb.

Papikyan Gürcüstana 2 günlük səfər çərçivəsində gürcü həmkarı Cuanşer Burçuladze ilə danışıqlar aparacaq.

Qeyd edək ki, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan da bu yaxınlarda Gürcüstana səfər etmişdi.

Vumart və Güvən reklamı Vumart Güvən