Prezidentin Zəngilana təyin etdiyi xüsusi nümayəndə kimdir? - DOSYE

Vahid Rasim oğlu Hacıyev Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi təyin edilib.
Redaktor.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev müvafiq sərəncam imzalayıb.
Vahid Hacıyev bu təyinatadək “Agro Dairy” Məhdud Məsuliyyətli Cəmiyyətinin İdarə Heyəti sədri vəzifəsini tutub. O, həmin vəzifəyə 2020-ci ilin aprelində təyin olunmuşdu.
Daha əvvəl isə 13 il “BP Azerbaijan” neft şirkətində müxtəlif yüksək vəzifələrdə çalışıb.
Onun “BP Azerbaijan”da sonuncu vəzifəsi Ticarət Əməliyyatları Kəşviyyatı üzrə Biznes menecer olub.