“Azəriqaz” sahibkarlarla növbəti görüşünu sabah Biləsuvarda keçirəcək

 16:05 04.05.2022     620

“Azəriqaz” İstehsalat Birliyi rəhbərliyi “Açıq mikrofon” aksiyası çərçivəsində sahibkarlarla növbəti görüşü Biləsuvar rayonunda təşkil olunacaq.

Redaktor.az xəbər verir ki,birliyin rəhbər şəxsləri Biləsuvar rayonu, S. Vurğun küçəsində (İncəsənət məktəbinin qarşısı) baş tutacaq aksiyada sahibkarları maraqlandıran sualları cavablandıracaqlar.

“Səyyar qəbul otağı” mayın 5-də saat 12:00-dan 13:00-a qədər sahibkarların xidmətində olacaq. İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.