MilliÖn "PAŞA Holdinq"in tərkibinə keçdi

 18:14 04.05.2022     296

Azərbaycanda elektron ödəniş sistemləri bazarının əsas iştirakçısı "Komtec Ltd" (MilliÖn ticarət nişanı) sahibini dəyişib. Şirkət "PAŞA Holdinq"in tərkibinə keçib.

Redaktor.az xəbər verir ki, bu barədə "APA-Economics"ə "PAŞA Holdinq"dəki mənbədən bildirilib. Məlumata görə, şirkət artıq MilliÖn deyil, PAŞAPay olaraq fəaliyyətini davam etdirəcək.

"Komtec Ltd"dən isə "APA-Economics"in sualına belə cavab verilib: "Məsələ ilə bağlı bir neçə gündən sonra ictimaiyyətə açıqlama veriləcək". Bununla belə, MilliÖn brendinin digər adlarla əvəzlənməyəcəyi qeyd edilib.