Ana uşaqlarını sığınacağa atıb QAÇDI

 19:51 04.05.2022     522

Bakıda ana iki azyaşlı uşağını qadın və uşaq sığınacağına atıb qaçıb.

Redaktor.az xəbər verir ki, bu haqda “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova sosial şəbəkədə paylaşım edib .

Qeyd olunub ki, uşaqlar atılarkən çox baxımsız və ac olublar:

“Ana 2 azyaşlı körpəsini sığınacağın qapısına qoyub qaçdı. Uşaqlar baxımsız və ayaqyalın vəziyyətdədirlər. Uşaqları yemək və isti yerlə təmin edib çimizdirdik".

Qeyd olunub ki, ana böyük qızını da aylar əvvəl evdən qovub, o da hazırda sığınacaqdadır.