Nəbatat bağında ağaclar kəsilib? - VİDEO

 23:09 04.05.2022     448

Nəbatat bağında ağacların kəsilməsi ilə bağlı görüntülər yayılıb.

Redaktor.az xəbər verir ki, videoda tikinti işləri ilə əlaqədar bəzi ağacların kəsildiyi iddia olunub.

Məsələ ilə bağlı AMEA-nın Reyasət Heyətinin Mətbuat xidmətinin rəhbəri Azadə Balayeva “Qafqazinfo”ya açıqlamasında bildirib ki, Nəbatat bağında heç bir ağaca toxunulmayıb:

“Orada yeni ağaclar əkilir. Nəbatat bağı Bakının simasına uyğun yenidən qurulur. Noyabr-dekabr aylarında 11 min ağac əkilib. Nəbatat bağının ətrafında qanunsuz tikililər var, onlar sökülür”.

Vumart və Güvən reklamı Vumart Güvən