Sabah "Azəriqaz"da "Açıq qapı" olacaq

 11:21 05.05.2022     709

Azəriqaz” İB-nin inzibati binasında növbəti “Açıq qapı” aksiyası 6 may saat 11:00-da başlayacaq.

Redaktor.az xəbər verir ki, aksiya "Facebook" sosial şəbəkəsi üzərindən canlı yayımlanacaq.

Cari ilin aprel ayının yekunlarına dair hesabat təqdim olunacaq.

Vətəndaşların sualları da canlı yayım vasitəsilə cavablandırılacaq.

Hər bir media qurumu, QHT nümayəndəsi və sosial şəbəkə fəalları (blogger) bu tədbirə dəvətlidir.

Suallar baş direktor Ruslan Əliyev tərəfindən cavablandırılacaq.