“Kənddən gələn qızlar insan alverinin qurbanı olur” - Siyavuş Novruzov

 12:18 05.05.2022     381

"Ölkəyə daxil olan miqrantlar, yaxud ölkənin daxilində miqrasiya edən, kənddən şəhərə gələn insanlar bəzən insan alverinin qurbanı olurlar". 

Redaktor.az xəbər verir ki, bunu parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov Milli Məclisin bu gün keçirilən iclasında İnsan alverinə qarşı mübarizə üzrə milli koordinatorun illik məruzəsinin müzakirəsi zamanı deyib:

"Dünyada baş verən hadisələrin insan alverinə təsiri çoxdur. Bu baxımdan insan alverinə qarşı mübarizənin daha effektli aparılmasında müxtəlif vasitələrdən istifadə edilməlidir. Hər bir vətəndaş bu işdə öz töhfəsini verməlidir. Daxili İşlər Nazirliyi ölkədə xeyli işlər aparır. Hesab edirəm ki, insan alverinə qarşı mübarizədə də rolu var". 

Komitə sədri Birinci Qarabağ müharibəsində itkin düşən şəxslərlə işlərin gücləndirilməsini təklif edib: 

"İtkinlərin bir hissəsi ermənilərin quldur dəstələri tərəfindən orqan mafiyalarının qurbanı olub. Həmin qurbanlarla bağlı əsaslı araşdırmalara ehtiyac var".