Yüksək mənəvi dəyərlər və xeyriyyəçilik daşıyıcısı...

 12:51 05.05.2022     963

Xalq şairi Musa Yaqubun may ayının 7-də vəfatının bir ili tamam olur.  Bununla əlaqədar olaraq  geniş tədbirlər və  hazırlıq işləri davam edir. Vəsiyyətinə uyğun olaraq  İsmayıllı rayonunun doğma  Buynuz kəndində, həyat yoldaşının yanında  dəfn edilən şairin yenicə qoyulmuş monumental qəbir üstü abidəsi açılış günü üçün  hazırlanmaqdadır. Təbiət, lirik duyğular  şairinin vəfat etməsinin ildönümünə qədər möhtəşəm abidə-kompleksinin ucaldılması mədəni-mənəvi dəyərlərimizə hər zaman yüksək sadiqlik və qayğı nümayiş etdirən Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xeyirxah təşəbbüsü ilə reallaşdırılıb.

Bu nəcib təşəbbüsün həyata keçirilməsinə Milli Məclisin deputatı Ağalar Vəliyevin də  dəstək göstərməsi öz bəhrəsini verib. Millət vəkilinin həmişə  olduğu kimi taleyüklü məsələlərə kompleks yanaşması və şəxsi təşəbbüsü nəticəsində xalq şairi ilə qonşuluqda dəfn edilən doğmalarının da qəbir üstlərinin  götürülməsi nəzərdən yayınmayıb. Bu baxımdan  Musa Yaqubun anası Rəbiyyə Yaqubovanın,  ömür-gün  yoldaşı Zöhrə xanımın, qardaşı Saməddin Yaqubovun da qəbir üstlərinin götürülməsi və abadlaşdırılması şairin abidəsini daha da monumental və mükəmməl göstərir. Xatırlatdığımız kimi, may ayının 7-də açılışı baş tutacaq abidənin müəllifi xalq rəssamı, heykəltaraş Natiq Əliyevdir.

Hər zaman milli-mənəvi dəyərlərimizə məsuliyyətli, həssas yanaşma nümayiş etdirən Ağalar Vəliyevin xeyriyyəçilik fəaliyyəti nəticəsində Bərdə rayonunda Seyid Yusif Ağanın qəbri üzərində memarlıq incisi sayılan məqbərə ucaldılıb, ətrafı abadlaşdırılıb və məqbərəyə uzanan  6 km-ə yaxın avtomobil  yolu abadlaşdırılıb.  Bu yerdə Azərbaycan tarixinin qalibiyyət səhifəsinə qızıl hərflərlə yazılan 44 günlük Vətən Müharibəsi zamanı Milli Məclis deputatının yüksək vətəndaş fəallığı ilə həyata keçirdiyi xeyriyyəçilik fəaliyyətindən bir neçə nümunə gətirmək məntiqi olardı. Müharibə zamanı Ağalar Vəliyevin Milli Məclisdə təmsil elədiyi Goranboy, Ağdam və Tərtər rayonlarının 97 saylı Seçki Dairəsinə daxil olan yaşayış məntəqələrində gördüyü işlər misilsizdir, vətənə və xalqa sevginin bariz təzahürüdür. Həmin odlu-alovlu günlərdə Azərbaycanın bütövlüyü uğrunda bu rayonlardan şəhid olan 81 nəfər Vətən oğlunun dəfn, yas, il mərasimlərinin keçirilməsi, qəbir üstü abidələrinin hazırlanması işlərinin maliyyələşdirilməsinin həyata keçirilməsi, 500- ə yaxın şəhid və qazi ailəsinə mütəmadi olaraq maliyyə yardımlarının göstərilməsi yüksək vətənpərvərlik  və daxili böyüklük örnəyidir. Yadımsevərlik, humanizm kimi yüksək milli-mənəvi keyfiyyətlərin ləyaqətli daşıyıcısı olmaq fəxarətvericidir. Milli Məclis üzvü tərəfindən hər il müxtəlif bayram günlərində şəhid və qazi alələri ilə yanaşı, az təminatlı insanlara, bütövlükdə 1000-ə yaxın ailəyə zəruri ərzaq sovqatı bağlamalarının göndərilməsi artıq uzun illərdir ki, ənənə halını alıb və Milli Məclis deputatının xeyirxahlıq simvolu sayılan bu vətənpərvərlik addımları seçiciləri tərəfindən daxili razılıq və şükranlıqla qarşılanır.

22222
Vumart və Güvən reklamı Vumart Güvən