“AZGRANATA” şirkəti Şuşa Birinci Beynəlxalq Kulinariya Festivalında iştirak edir - FOTO

 14:31 05.05.2022     967

Mayın 5-dən 8-dək Heydər Əliyev Fondu və Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Azərbaycanın mədəniyyət paytaxtı Şuşada müxtəlif ölkələrin kulinarları bir araya gəlib.

Redaktor.az xəbər verir ki, Beynəlxalq Kulinariya Festivalında Almaniya, Avstriya, Çin, Fransa, Gürcüstan, İndoneziya, İran, İsrail, İtaliya, Malayziya, Türkiyə və Yaponiyadan kulinarlar qonaqları ölkələrinin təamları ilə tanış edir.

Festivalda Bakı Kitab Mərkəzi tərəfindən Heydər Əliyev Fondunun kulinariyaya dair nəşrləri də təqdim olunacaq.

Festival çərçivəsində mayın 3-dən 9-dək Şuşada 30-dan çox Azərbaycan rəssam və heykəltaraşının iştirakı ilə “Şuşa. Bahar əfsanəsi” adlı plener keçiriləcək. Təbiət qoynunda yaradılacaq əsərlər vaxtı ilə işğal altında olmuş bir şəhərin hazırkı vəziyyətini, füsunkar təbiətini canlandıracaq.

Kulinariya festivalına Azərbaycanın müxtəlif iqtisadi rayonları – Abşeron-Xızı, Bakı, Dağlıq Şirvan, Gəncə-Daşkəsən, Lənkəran-Astara, Mərkəzi Aran, Naxçıvan, Qarabağ, Quba-Xaçmaz, Şəki-Zaqatala və digərləri qatılacaq. Festival günlərində 11 milli, 11 xarici və Milli Kulinariya Mərkəzinin pavilyonları qurulacaq və qonaqlar Azərbaycanın bölgələrinin, eləcə də dünya mətbəxinin nümunələrinin dadına baxa biləcəklər. Festivalda dequstasiya üçün şərablar, pendirlər və digər məhsulların təklif olunduğu zonalar da fəaliyyət göstərəcək.

Cənubi Qafqazın ən böyük meyvə şirələri və şərab istehsalçılarından biri olan “AZGRANATA” MMC- də bu festivalda yüksək keyfiyyətli məhsullarını sərgiləyərək dequstasiya üçün təklif edir. Şirkətdən verilən məlumatda bildirilir ki, “AZGRANATA” məhsullarına festivalın ilk günündən maraq yaranıb. İllər boyu yaşanan həsrətdən sonra mədəniyyət paytaxtımız olan Şuşada təşkil edilən bu möhtəşəm festivalda iştirakımızın xoşbəxtliyini yaşamaqdayıq.

2