"Azərsu" MTK-lara müraciət etdi

 15:17 05.05.2022     634

"Azərsu" ASC Mənzil-Tikinti Kooperativlərinə (MTK) müraciət edib.

Redaktor.az xəbər verir ki, müraciətdə deyilir ki, MTK-lar su anbarlarının yuyulub təmizlənməsi üçün bu sahədə ixtisaslaşmış təşkilatlara və yaxud “Azərsu”yun yerli sukanal idarələrinə müraciət edə bilər.

Anbarların yuyulması tərəflər arasında bağlanmış müqaviləyə uyğun olaraq kooperativlərin vəsaiti hesabına həyata keçirilir. Yuyulub-təmizləndikdən sonra anbarların istismarına Gigiyena və epidemiologiya mərkəzlərinin rəyi əsasında icazə verilir.

Bu ilin yanvar-aprel aylarında "Azərsu" ümumi həcmi 490 min kubmetr olan 305 mərkəzi və məhəllədaxili anbarı yuyaraq təmizləyib və dezinfeksiya edib. Bu ilin sonuna qədər Bakı və Abşeronnda, həmçinin regionlarda ümumi həcmi 1 milyon kubmetrdən çox olan 870 anbarın yuyulub təmizlənməsi nəzərdə tutulur.

“Azərsu”yun balansında olmayan və MTK-lara məxsus su anbarları da ildə ən azı bir dəfə yuyulub təmizlənməlidir. Bununla bağlı MTK rəhbərləri məlumatlandırılır, əhaliyə verilən içməli suyun təhlükəsizliyi üçün anbarların yuyulub-təmizlənməsinin zəruri olduğu onların diqqətinə çatdırılır.