“Azəriqaz”dan yarımçıq qalmış boru xətləri ilə bağlı açıqlama

 12:19 06.05.2022     546

Boru xətlərinin çəkilməsi ilə bağlı problemlər bu ay həllini tapacaq.

Redaktor.az xəbər verir ki, bu barədə SOCAR "Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev "Açıq qapı" aksiyası çərçivəsində jurnalistlərə bildirib.

O həmçinin deyib ki, borular xaricdən gəldiyi üçün problemlər var idi:

“Boru ilə bağlı müəyyən çətinliklər oldu. Çünki boru təminatı edən ölkələr əsas Rusiya və Ukrayna olduğu üçün boru təminatında bir sıra problemlər var idi. Ancaq o problemlər artıq həllini tapıb. Bu ayın ortasından həm Lerikdə, həm Yardımlıda işlərə başlayacağıq”.

Zərif ÜLVİQIZI