Azad olunmuş ərazilər nə vaxt qazlaşdırılacaq? - "Azəriqaz" rəhbərindən AÇIQLAMA

 13:23 06.05.2022     688

“Qarabağ ərazisinin qazlaşdırılması ilə bağlı proqramımızı SOCAR və dövlətə təqdim etmişik”.

Redaktor.az xəbər verir ki, bu barədə SOCAR "Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev "Açıq qapı" aksiyası çərçivəsində Zəngilanın qazlaşması məsələsinə aydınlıq gətirərkən bildirib.

Baş direktor deyib ki, işlərin başlanması ilə bağlı tapşırığı gözləyirlər:

“Qarabağ ərazisinin qazlaşmasında SOCAR "Azəriqaz" İstehsalat Birliyi Energetika Nazirliyinin tərkibindəki xüsusi bir qrupla hərəkət edir. Konkret ərazilər üzrə layihələndirmə və digər işlər gedir. İşlərə nə vaxt start verilməsini gözləyirik. Ancaq işlərin hansı tarixdən başlanacağı ilə bağlı belə bir tarix yoxdur. Ancaq biz SOCAR "Azəriqaz" İstehsalat Birliyi olaraq özümüz üçün müəyyən bir proqram tutmuşuq. Bu proqram da həm SOCAR-a, həm də dövlətə təqdim olunub. İşlərin başlanması üçün nə vaxt tapşırıq olarsa, biz başlayarıq”.

Zərif Ülviqızı