Millət vəkili şəhid anası ilə görüşüb - FOTO

 13:31 06.05.2022     741

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Ramazan bayramında Vətən müharibəsinin şəhidi Ülvi Rəhimovun anası Ülviyyə Rəhimova ilə görüşüb.

Redaktor.az xəbər verir kiQ.Paşayeva bu il anadan olmasının 20-ci ildönümü tamam olacaq Ülvinin ruhunu dərin ehtiramla anaraq, bütün bayramlarımızda, əlamətdar günlərdə məhz şəhid analarının başda olmasını xalqımızın, dövlətimizin qədirbilənliyi kimi xarakterizə edib.

Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Ülvi Rabil oğlu Rəhimov (17.07.2002, Abşeron r. – 05.10.2020, Füzuli r.) Vətən qarşısında xidmətlərinə görə "Vətən uğrunda", "Cəsur döyüşçü", "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif olunub.

 

22