““Azəristiliktəchizat" borcunun bir hissəsini ödəyib”

"“Azəristiliktəchizat" borcunun bir hissəsini ilin əvvəlində ödəyib. Lakin ümumi borc hələ də qalır”.
Redaktor.az xəbər verir ki, bu barədə SOCAR "Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev "Açıq qapı" aksiyası çərçivəsində jurnalistlərə bildirib.
Baş direktor qeyd edib ki, istilik mövsümü başlayanda, dövlət kömək edərsə, borc ödəniləcək:
“İsitmə mövsümü qurtaranda borc məsələsi gündəmdə olmur. Ancaq borc var. O borcun ödənilməsi yəqin ki, isitmə müvsümü başlanana yaxın olacaq. “Azəristiliktəchizat" tərəfindən onların mövcud tariflərinə görə bu qazın ödənişini etmək iqtidarında deyil. Daimi olaraq dövlət onlara vəsait ayırır, dəstək olur, ondan sonra ödənilir. Bu günə kimi ciddi irəliləyiş yoxdur. İlin əvvəlində 1-2 dəfə ödəniş oldu. 5 milyon manat bir və digər kiçik ödənişlər oldu. Ancaq ümumi borc hələ də qalmaqdadır. Çünki söhbət isitmə mövsümündə yaranmış borcdan gedir. Yəqin noyabrın 15-i isitmə mövsümü başlayanda ödənişlərin bərpası üçün tədbirlər görüləcək”.
Zərif ÜLVİQIZI