SOCAR-dakı islahatlar “Azəriqaz”ı da əhatə edir - AÇIQLAMA

 15:06 06.05.2022     15544

“SOCAR-ın tərkibində olduğumuz üçün orada aparılan islahatlar bizim Birliyə də aid olur.”

Redaktor.az xəbər verir ki, bu barədə SOCAR "Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev bu gün keçirilən "Açıq qapı" aksiyası zamanı SOCAR-da həyata keçirilən islahatlarla bağlı sualı cavablandırarkən deyib.

Onun sözlərinə görə, islahat prosesləri davamlı olaraq həyata keçirilir.

“İslahatları mətbuatdan da görürsünüz. Bilirsiniz ki, şura yaradıldı, İnvestisiya Holdinqi yaradıldı. Bu proseslər davamlı gedir. O cümlədən biz SOCAR-ın tərkibində birliyik. Ona görə də SOCAR-da baş verən islahatlar "Azəriqaz" İstehsalat Birliyini də əhatə edir. Məsələlərdən ən önəmlisi şəffaflığın, uçotun daha düzgün, dəqiq aparılmasıdır. Bununla da bağlı daimi olaraq SOCAR-dan, üst qurumlardan gələn tapşırıqları icra edirik”, - deyə Ruslan Əliyev bildirib.

Zərif ÜLVİQIZI

Vumart və Güvən reklamı Vumart Güvən