Bakıda "Xıdır Nəbi" folklor festivalı keçirildi - FOTO

 23:27 06.05.2022     471

Bu gün Ruhulla Axundov adına Mədəniyyət evində "Xıdır Nəbi"  bayramına həsr olunmuş folklor festivalı keçirilib. Festivalda azsaylı xalqların milli mətbəxləri və rəqsləri sərgiləndi.

Redaktor.az ATVİB-in mətbuat xidmətinə istinadən xəbər verir ki, folklor festivalında Azərbaycanda Yaşayan Axısxa Türklərinin "Vətən" İctimai Birliyinin (ATVİB) İdarə Heyətinin üzvləri, birliyin sədr müavini Mövlud İşık, bölgə rəhbəri Mühiddin Xəlilov, Bakı-Abşeron-Sumqayıt bölgə rəhbəri Yusif Asimov, mətbuat katibi Paşali Paşaliyev, bölgələrdən gələn qonaqlar, "Adıgün Türk Xalq Folklor Kollektivi" və azsaylı xalqların nümayəndələri iştirak edib.

Folklor festivalın rəsmi hissəsində azsaylı xalqların ümayəndələrinin çıxışları olub.

ATVİB sədr müavini Mövlud işık çıxışı zamanı Axısxa Türklərinin Azərbaycana gəlişi haqqında məlumat verərək, onları Azərbaycanı öz vətənləri hesab etdiyini bildirib.

Axısxa Türkləri 1958-60 və 1989-cu illərdə Azərbaycana gəldikləri zaman Azərbaycan dövlətinin və xalqının onlara sahib çıxdığını, evlərini və süfrələrini paylaşdığını, Axısxa Türklərinin isə bunun qarşılığında vətəndaşlıq borcu ilə yanaşı, bir vəfa nümunəsi göstərərək Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etdiklərini, I Qarabağ müharibəsində 82 şəhid, Vətən müharibəsində isə 9 şəhid verdiklərini, 1 Vətən müharibəsi qəhrəmanı olduğunu və şəhidlərin onların qürur mənbəyi olduğunu bildirib.

Mövlud İşık çıxışnda Axısxa Türklərinin, Dünya Ahıska Türkləri Birliyinin (DATÜB) sədri Ziyəddin Kassanov və Azərbaycanda Yaşayan Axısxa Türklərinin "Vətən" İctimai Birliyinin (ATVİB) sədri Xalid Xəlilovun salamlarını və "Xıdır Nəbi" bayramı münasibətilə təbriklərini də çatdırıb.

Sonda isə Azərbaycanda mövcud olan multikultural dəyərlər işığında ölkəmizin daha da güclənməsi və qüdrətlənməsi üçün var gücləri ilə çalışacaqlarını qeyd edən Birliyin sədr müavini, “Xıdır Nəbi” Bayramına həsr olunmuş folklor festivalının keçirilməsində əməyi olan insanlara təşəkkür edərək, bir daha hər kəsin "Xıdır Nəbi" Bayramını təbrik edib.

Folklor festivalının bədii hissəsində "Adıgün Türk Xalq Folklor Kollektivi", "Axısxanın qızları" və "Şuşanın dağları" rəqsləri nümayiş etdirilib.

Xatırladaq ki, "Adıgün Türk Xalq Folklor Kollektivi", "Xarıbülbül" Beynəlxalq Şuşa Festivalına Bakı şəhərində Müslüm Maqomayev adına Filarmoniyada keçirilən kollektivlərə baxış müsabiqəsindən keçərək "Türk Dünyasının Mədəniyyət Paytaxtı" olan Şuşada, Cıdır düzündə 12-13-14 May tarixində keçiriləcək Festivalda iştirak edəcək.

Azərbaycanda Yaşayan Axısxa Türklərinin "Vətən" İctimai Birliyinə (ATVİB) "Xıdır Nəbi” folklor festivalında fəxri qonaq kimi iştirak etdiyi üçün Ruhulla Axundov adına Mədəniyyət evi tərəfindən plaket təqdim edilib.

Tədbirin sonunda isə Mövlud İşıkın müəllifi olduğu "Axısxalı Şəhidlər" kitabı müəllif və Birlik üzvlərinin iştirakı ilə Qafqaz Müsəlmanları İdarəsinin Səlahiyyətli nümayəndəsi, Qazı, Axund Hacı Soltan Əlizadəyə təqdim edilib.

ATVİB mətbuat xidməti Başda Yaşar Hürüşanov olmaqla, Axısxa Türklərini iştirak etdikləri bütün tədbirlərdə layiqincə təmsil edən "Adıgün Türk Xalq Folklor Kollektivi"nə də öz təşəkkürünü çatdırıb.

 

 

22222