Zod mədənindəki erməni işçilərə atəş AÇILMAYIB

 16:43 07.05.2022     291

Dövlət sərhədinin Kəlbəcər rayonu ərazisində Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Zod mədənində mülki erməni işçilərə qarşı atəş açılması barədə Ermənistan mətbuatında yayılan məlumat yalandır, dezinformasiya xarakteri daşıyır.

Redaktor.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilib.

"Bu xəbəri qəti surətdə təkzib edirik",- MN-in məlumatında vurğulanıb.