Bu yol bağlanacaq

 17:04 07.05.2022     278

Binəqədi rayonu, Mirzə Abdin küçəsində (Biləcəri-Baksol yolu) yerləşən dəmiryolu körpüsündə aparılan yenidənqurma işləri ilə əlaqədar olaraq bu gecə saat 00:00-04:00 arası avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

Redaktor.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Bildirilir ki, sürücülərdən qeyd edilən saatlarda öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur.