“TikTok”da Ukrayna xalqını təhqir edən aktyor teatrdan GETDİ

Ukrayna xalqını təhqir etdiyi və Rusiyanın Ukraynaya təcavüzünü "Tik Tok"da dəstəkləyən aktyor Emil Atraşkeviç çalışdığı Azərbaycan Dövlət Rus Dram Teatrını tərk edib.
Redaktor.az xəbər verir ki, teatrın mətbuat katibi məlumatı təsdiqləyib.
Onun sözlərinə görə, hadisədən sonra bəzi teatr aktyorları E.Atraşkeviçlə işləməkdən imtina ediblər. O, bundan xəbər tutub və öz istəyi ilə istefa ərizəsi yazıb.
Qeyd edək ki, Emil Atraşkeviç artıq Dövlət Rus Dram Teatrının aktyoru deyil.
Xatırladaq ki, insidentdən dərhal sonra Atraşkeviç bütün videoları silərək üzr istəyib:
“Mən bilmirdim və hətta ağlıma da gətirmirdim ki, videolarım etnik nifrət doğura bilər, buna görə indi çox təəssüf edirəm. Əgər kimisə incitmişəmsə, üzr istəyirəm, çünki bu videoları bu məqsədlə çəkməmişəm”, - deyə o, bildirib.