Çəkdiyi imza başına bəla oldu - Adına 5 şirkət, 130 min manat vergi borcu var - VİDEO

 23:00 07.05.2022     562

Xəzər rayonu Türkan qəsəbəsinin sakini Anar Qulamovun etibarnamə verməsi başına iş açıb.

Redaktor.az xəbər verir ki, bacısının keçmiş həyat yoldaşı onu aldadaraq etibarnamə alıb. Elə olanlar da bundan sonra başlayıb.

Anar Qulamov aldadıldığını 3 il sonra onun adına gələn vergi məktubunu görəndən sonra anlayıb. Onun adına açılmış 5 şirkətdən 130 min manat vergi borcu gəlib.

Bir müddətdən sonra aldadılan şəxs nə edəcəyini bilmədiyindən yaxınlıqda yaşayan Vüqar Əmirovdan kömək istəyib.

Məsələ ilə əlaqədar ittiham olunan şəxs Fərid Hüseynov isə bildirib ki, Anar Qulamovu aldatmayıb. Onun özünü də aldadaraq adına birneçə şirkət açıblar və o bununla bağlı aidiyyəti qurumlara müraciət edib (xəzər-xəbər).