Şəkidə sel avtomobili apardı

 23:12 07.05.2022     618

Şəkiyə yağan güclü yağış və sel fəsadlar törədib.

Redaktor.az xəbər verir ki, bu gün axşam saatlarında Şəkinin Cunud kəndi ərazisindən axan Qara çaya sel gəlməsi nəticəsində kəndlə Şəki şəhərinin əlaqəsi kəsilib.

Dağlardan gələn sel suları Cunud kənd sakini Röyal Nadirova məxsus "VAZ-2106" markalı avtomobili də aparıb. Nəticədə avtomobil yararsız vəziyyətə düşüb.

Hazırda Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov və aidiyyatı qurumların nümayəndələri sel gələn əraziyə baxış keçirir. Selin fəsadlarının aradan qaldırılması istiqamətində işlər aparılır. Hazırda bölgədə güclü leysan yağışı davam edir (report.az).

2