Bu ərazilərdə qar yağdı - FOTO

 11:11 08.05.2022     1238

Ötən gün şimal bölgəsində hava şəraiti kəskin pisləşib.

Redaktor.az xəbər verir ki gündüz saatlarında bölgədə güclü külək olub.

Axşam saatlarında yağış və dağlıq ərazilərdə qarla əvəzlənib.

Quba, Qusarın dağlıq yaşayış məntəqələrinə qar yağıb, temperatur aşağı düşüb.

Müşahidə məntəqəsinin olduğu Qubanın Qrız kəndində 2 sm hündürlüyündə qar qeydə alınıb  (AZƏRTAC) .

22