Vilayət Eyvazovdan yeni TƏYİNAT

 13:42 08.05.2022     2861

Daxili işlər orqanlarında yeni kadr təyinatı olub.

Redaktor.az xəbər verir ki, bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Polis polkovnik-leytenantı Mərdanov Araz Yusif oğlu Ağstafa rayon Polis Şöbəsinin Cinayət Axtarışı Bölməsinin rəisi təyin olunub.

O bu vəzifəyə qədər, Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinin əməliyyat müvəkkili vəzifəsində çalışıb (redaktor.az).

Vumart və Güvən reklamı Vumart Güvən