DTX əməkdaşları “Heydər zirvəsi”ndə - FOTO

 14:14 09.05.2022     5322

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə Dövlət Təhlükəsizliyi Xidmətinin bir qrup əməkdaşı Ulu Öndərin adını daşıyan, Böyük Qafqaz sıra dağlarının Başdağ silsiləsinin Qızıl Qaya massivində, dəniz səviyyəsindən 3751 metr hündürlükdə yerləşən “Heydər zirvəsi”nə yürüş təşkil ediblər.

Bu barədə Redaktor.az-a DTX-nın İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Yürüş iştirakçıları Qızıl Qaya massivinin ətəklərində düşərgə salaraq, tam heyətdə müəyyən olunmuş marşrut üzrə “Heydər zirvəsi”nə qalxıblar. Ümummilli Liderin barelyefi önündə onun əziz xatirəsini dərin ehtiramla yad edən heyət orada Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb.

2222