Əfv Komissiyasının növbəti iclasının keçiriləcəyi tarix açıqlandl

 17:50 09.05.2022     365

Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclasının vaxtı məlum olub. 

Redaktor.az xəbər verir ki, komissiyanın iclası may ayının 14-də keçiriləcək.

Əfv Məsələləri Komissiyasının bundan öncə keçirilən üç iclasında ümumilikdə 300-dən çox müraciətə baxılıb.

Qeyd edək ki, 28 May Müstəqillik günü münasibəti ilə Azərbaycanda əfv sərəncamının imzalanması gözlənilir.