Vilayət Eyvazovdan yeni TƏYİNAT

 20:26 09.05.2022     384

Daxili işlər orqanında kadr dəyişikliyi olub.

Redaktor.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, polis polkovnik-leytenantı Elnur Həsənov Gəncə Şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinin xitmət üzrə rəis müavini vəzifəsindən azad olunaraq Samux Rayon Polis Şöbəsinin əməliyyat işləri üzrə rəis müavini təyin olunub.

Eyni zamanda, polis mayoru Kərim Paşayev Samux Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin sahə rəisi vəzifəsindən azad olunaraq həmin şöbənin İctimai Təhlükəsizlik Bölməsinə rəis təyin olunub.