Ulu Öndər idealoji işin vacibliyini çox yaxşı bilirdi

 09:30 10.05.2022     101

Tarixin müxtəlif dövrlərində yaşadıqları dövrün tarixinə birbaşa təsir göstərən şəxsiyyətlər olmuşdur. Həmin şəxsiyyətlər yaşadıqları dövlətlərin, eləcə də böyük bir coğrafiyanın gələciyinə birbaşa təsir göstərmişlər. Ümummilli lider Heydər Əliyev də tarixə tarixi dəyişən şəxsiyyətlərdən biri kimi düşmüşdür.

Ulu Öndərin hakimiyyətinin Sovet İttifaqı dövrü Azərbaycanın dövlət infrastrukturunun yaradılması, gələcək kadr potensialının formalaşdırılması və gücləndirilməsi, milli kadrların önə çəkilməsi, dövlətin sənaye və kənd təsərüfatı sahələrinin güclü inkişafı və.s ilə xarakterizə olunur. Bu dövrdə görülən işlərin nəticəsində Azərbaycan ittifaq dövlətləri sırasında ən sürətlə inkişaf edən respublika oldu. Əslində Ulu Öndər Heydər Əliyevin həmin dövrdə gördüyü işlər məhz gələcəkdə Azərbaycanın müstəqil dövlət olmasına hesablanmışdı. Müstəqilliyimizi əldə etdikdən sonra həmin dövrdəki siyasi hakimiyyətin məsuliyyətsizliyi, səristəşizliyi və şəxsi mənafelərin önə çıxması nəticəsində müstəqil Azərbaycanın mövcudluğu sual altına düşdü. AXC-Müsavat hakimiyyəti Azərbaycan dövlətini məhvə aparırdı. Belə çətin dövrdə müdrik Azərbaycan xalqı öz müdrik liderini hakimiyətə çağırdı və dövləti ona əmanət etdi. Azərbaycan xalqı yaxşı bilirdi ki, müstəqil Azərbaycan dövləti məhz Heydər Əliyevin rəhbərliyi altında mövcud ola bilər.

Hakimiyyətinin müstəqil Azərbaycan dövründə Ulu Öndər Heydər Əliyev yeni dövləti inşa etməyə başladı. Qısa vaxtda dövlət institutları formalaşdırıldı, iqtisadiyyat yenidən quruldu, nəhəng regional layihələrin icrasına başlanıldı, Azərbaycanda güclü ordu quruculuğuna start verildi. İdeoloji sahədə isə Azərbaycançılıq ideyaları geniş şəkildə tətbiq olundu. Ulu Öndər idealoji işin vacibliyini çox yaxşı bilirdi. Azərbaycançılıq ideyaları ilə yetişən yeni nəsil daha güclü Azərbaycan üçün bütün gücünü səfərbər etdi.

Düşünürəm ki, İlham Əliyevin hakimiyyət dövrünü biz həm də Ulu Öndər Heydər Əliyevin hakimiyyətinin üçüncü mərhələsi kimi də qiymətləndirə bilərik. Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyev məktəbinin ən layiqli davamçısı kimi onun Azərbaycan dövləti ilə bağlı yarım qalan işlərini davam etdirdi. Bu gün Azərbaycan dövləti ərazi bütövlüyünü bərpa etmiş, regionun ən güclü dövlətinə çevrilmişdir. Bu regionda Azərbaycanın razılığı və iştirakı olmadan hər hansı bir layihənin icrası mümkün deyil. Azərbaycan dünyada tanınan, sayılan və hörmət edilən bir ölkədir. Vaxtilə Ulu Öndər Heydər Əliyev “Azərbaycan dünyaya günəş kimi doğacaq” deyirdi. Məhz Prezident İlham Əliyevin hakimiyyəti dövründə Azərbaycan dünyaya günəş kimi doğdu.

Şahin İsmayılov,

Milli Məclisin Gənclər və İdman komitəsinin sədr müavini, YAP İdarə Heyətinin üzvü