Azərbaycanda yeni radio fəaliyyətə başladı

 10:13 10.05.2022     418

Bu gündən etibarən Azərbaycanda yeni radiokanalı fəaliyyətə başlayıb.

Redaktor.az-ın məlumatına görə, REAL FM adlı yeni radiokanalı Bakı şəhəri və Abşeron yarımadası ərazisində 107,0 MHz tezliyində yayımlanacaq.

Dinləyiciləri ölkədə və dünyada baş verənlərlə bağlı operativ şəkildə məlumatlandırmağı qarşısına məqsəd qoymuş REAL FM-in yayımının əsas hissəsini xəbərlər təşkil edir. Xəbərlərlə yanaşı Real FM-də musiqilər də səsləndiriləcək.

REAL FM Bakıda və Abşeron yarımadasında 107 FM, Şuşa və ətraf rayonlarda isə 98.6 FM tezliyində yayımlanır. Yaxın zamanda isə radionun bütün ölkə ərazisində yayımı planlaşdırılır.

Qeyd edək ki, “Real FM”ın yayımlandığı tezlik daha əvvəl “Lider” radiosuna məxsus idi.