"Payız aylarında ayıq-sayıq olmalıyıq" - Səhiyyə naziri

 12:01 10.05.2022     422

"Xüsusu karantin rejiminin tamamilə ləğv olunması məsələsində tələsmək olmaz".

Redaktor.az xəbər verir ki, bunu jurnalistlərlə söhbətində səhiyyə naziri Teymur Musayev bildirib.

Onun sözlərinə görə, qapalı məkanlarda maska istifadəsi tələbi artıq ləğv olunub, lakin bəzi məhdudiyyətlər qalıb.

"Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə əsasən, payız aylarında ayıq-sayıq olmalıyıq. Şərt o deyil ki, hər hansı sıçrayış olsun. Çünki koronavirus yeni ştamları meydana çıxır. Gələcəkdə də yeni mutasiyaların olub-olmayacağını bilmədiyimiz üçün bir qədər gözləməyi xahiş edirəm" - T.Musayev deyib.