“Qanunsuz aksiyaların qarşısı alınacaq” - DİN

 20:47 10.05.2022     355

“İctimai-siyasi proseslər qanunla tənzimlənir”.

Redaktor.az xəbər verir ki, bunu “Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.

O, deyib ki, qanunvericiliyə uyğun olaraq, paytaxtda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılıb sanksiyalaşdırılmayan hər hansı qanunsuz aksiyanın, yaxud aksiyaya cəhdlərinin qarşısı alınacaq.

Qeyd edək ki, bir qrup şəxs mayın 14-də Bakıda aksiya keçirəcəkləri ilə bağlı sosial şəbəkələrdə məlumat yayıb (report.az).