Zenner smart-kart tipli qaz sayğaclarına da onlayn ödəniş etmək olacaq

Bir neçə müddətdir ki, NFC təminatı olan telefonlar vasitəsi ilə Gallus Pay sayğaclarına onlayn ödəniş etmək mümkündür.
"Azəriqaz" İstehsalat Birliyindən Redaktor.az-a verilən məlumata görə, abonent məmnunluğunun təmin olunması istiqamətində daha bir yenilik isteklakçıların xidmətinə verilib.
Belə ki, artıq Gallus Pay sayğacları ilə yanaşı, Zenner smart-kart tipli sayğaclara da onlayn ödəniş etmək mümkündür.