“Azəriqaz” sabah Binəqədi sahibkarları ilə görüş keçirəcək

 12:07 11.05.2022     332

SOCAR “Azəriqaz” İstehsalat Birliyi ölkədə sahibkarlığın inkişafı üçün üzərinə düşən vəzifələrin icrasına daim diqqətlə yanaşır.

Redaktor.az xəbər verir ki, birlik rəhbərliyinin “Açıq mikrofon” aksiyası çərçivəsində sahibkarlarla növbəti görüşü Binəqədi rayonunda təşkil olunacaq.

"Azəriqaz" İB-nin rəhbər şəxsləri Binəqədi rayonu, M.Ə Rəsulzadə qəsəbəsi, Arif Hüseynov küçəsi 8 (Ramiz Aboyev Parkı) ünvanında baş tutacaq aksiyada sahibkarları maraqlandıran sualları cavablandıracaqlar.

“Səyyar qəbul otağı” mayın 12-də saat 11:00-dan 12:00-a qədər sahibkarların xidmətində olacaq.

İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.