Rusiya vətəndaşı Qarabağda itkin düşdü

Azərbaycanın Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazisində Rusiya vətəndaşı olan qadın itkin düşüb.
Redaktor.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
Bildirilib ki, Olqa Sannikova adlı Rusiya vətəndaşı Xankəndidə yaşayır. O, mayın 9-da Qarqar çayının sahilində itkin düşüb. Qadının axtarışları hələlik heç bir nəticə verməyib.