Meksika səfiri "AZGRANATA"da olub - FOTO

 16:29 12.05.2022     198

Meksika Birləşmiş Ştatlarının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri cənab Xuan Rodrigo Labardini Flores Ağsu şəhərində fəaliyyət göstərən "AZGRANATA" MMC- yə aid şirə və şərab emalı zavodunu ziyarət edib.

Zavodda gedən istehsal prosesi ilə tanış olan səfir müəssisədə istehsal edilən məhsulların dequstasiyasını edib. Burada səfirə şirkətin fəaliyyəti, uğurları, yenilikləri və gələcək hədəfləri haqqında ətraflı məlumat verilib.

Sonda səfir zavodun xatirə kitabında "AZGRANATA" MMC haqqındakı fikirlərini qeyd edib.