Azərbaycan diaspor təşkilatı Monteneqronun dövlət təsisatı ilə memorandum imzalayıb - FOTO

 18:00 12.05.2022     773

Azərbaycan-Monteneqro İqtisadi və Mədəni Mərkəzi ilə Monteneqronun dövlət təsisatı olan Milli azlıqların mədəniyyətinin qorunması və inkişafı Mərkəzi arasında əməkdaşlıq memorandumu imzalanıb.

Redaktor.az xəbər verir ki, bu barədə Azərbaycan-Monteneqro İqtisadi və Mədəni Mərkəzinin rəhbəri Seyran Mirzəzadə məlumat verib.

Memorandum qarşılıqlı səmərəli əməkdaşlıq əsasında Azərbaycan və Monteneqro xalqları arasında ikitərəfli mədəni əlaqələrin daha da genişləndirilməsi, mədəniyyət və incəsənət sahəsində birgə sərgilərin, seminarların, konfransların, təqdimatların keçirilməsini nəzərdə tutur.

22
Vumart və Güvən reklamı Vumart Güvən