Azərbaycanda son sutkada yoluxanların sayı AÇIQLANDI

 19:17 12.05.2022     3110

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 4 yeni yoluxma faktı qeydə alınıb, 11 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Redaktor.az-a verilən məlumata görə, ölən olmayıb.

İndiyədək ölkədə ümumilikdə 792 655 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 782 883 nəfər müalicə olunaraq sağalıb, 9 709 nəfər vəfat edib. 63 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 915, bu günə qədər isə ümumilikdə 6 845 234 test icra olunub.

Azərbaycanda daha 4 nəfər COVID-19-a yoluxub, ölən olmayıb